Yuxarı

​FHN-in təyyarəsi Nepaldan təxliyyə edilən Azərbaycan və Gürcüstan vətəndaşlarını Bakıya gətirib - FOTO

Təxliyyə olunan vətəndaşlar onların ölkəyə gətirilmələri üçün verdiyi göstərişə görə dövlət başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər

Bakı. 1 may. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinin icrasının davamı olaraq, Nepalda təbii fəlakət zonasından təxliyyə edilmiş Azərbaycanın 13 və Gürcüstanın 4 vətəndaşını Bakıya gətirən həmin təyyarə mayın 1-də saat 07:00-da Heydər Əliyev Beynəlxalq Aeroportuna enib. “Report” AZƏRTAC-a istinadən xəbər verir ki, təxliyyə olunan vətəndaşlar onların ölkəyə gətirilmələri üçün verdiyi göstərişə görə dövlət başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidentinin göstərişinə əsasən, aprelin 29-da Azərbaycan hökuməti adından Fövqəladə Hallar Nazirliyi tərəfindən “BE-200ÇS” tipli təyyarə ilə Nepal Federativ Demokratik Respublikasına yola salınan humanitar yardım uğurla ünvana çatdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi