Fəxrəddin Qurbanov: “Şimal-Cənub” dəhlizi Avrasiya məkanında yükdaşımanın inkişafına töhfə verəcək”

Fəxrəddin Qurbanov: “Şimal-Cənub” dəhlizi Avrasiya məkanında yükdaşımanın inkişafına töhfə verəcək” “Avropa ilə Asiya arasında təhlükəsiz, sərfəli marşrut olan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Avrasiya məkanında nəqliyyatın inkişafına böyük töhfə verəcək”.
Xarici siyasət
26 Yanvar , 2023 20:56
Fəxrəddin Qurbanov: “Şimal-Cənub” dəhlizi Avrasiya məkanında yükdaşımanın inkişafına töhfə verəcək”

“Avropa ilə Asiya arasında təhlükəsiz, sərfəli marşrut olan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Avrasiya məkanında nəqliyyatın inkişafına böyük töhfə verəcək”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Fəxrəddin Qurbanov Hindistanın Respublika Gününə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, layihə çərçivəsində 2021-ci ilin iyun-iyul aylarında ilk dəfə olaraq Azərbaycan ərazisindən keçməklə Finlandiyanın Helsinki şəhərindən Mumbaya yük daşınıb.

“Azərbaycan və Hindistan arasında diplomatik əlaqələr 1992-ci il fevralın 28-də qurulub. Ötən il diplomatik əlaqələrimizin 30 illiyinin tamam olması ilə əlaqədar Azərbaycanda və Hindistanda bir sıra mədəni tədbirlər təşkil olunub”, - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi