Fərid Şəfiyev: Azərbaycan Çinlə iqtisadi və siyasi platformada dialoq aparmalıdır

Fərid Şəfiyev: Azərbaycan Çinlə iqtisadi və siyasi platformada dialoq aparmalıdır Dünya miqyasında Çinin həm iqtisadi, həm siyasi nüfuzu artır. Azərbaycan Çinlə hər iki platformada dialoq aparmalıdır.
Xarici siyasət
22 Aprel , 2024 12:16
Fərid Şəfiyev: Azərbaycan Çinlə iqtisadi və siyasi platformada dialoq aparmalıdır

Dünya miqyasında Çinin həm iqtisadi, həm siyasi nüfuzu artır. Azərbaycan Çinlə hər iki platformada dialoq aparmalıdır.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev jurnalistlərə açıqlamasında deyib.

"Biz dövlət qurumu deyilik, amma onlar üçün müəyyən müzakirə nöqtələri müəyyən edirik. Ona görə də bu gün Çindən bir sıra elmi nümayəndələr dəvət etmişik. Çinlə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq kimi vacib məsələ var ki, biz bunu da müzakirə etməliyik. Burada Şanxay Əməkdaşlıq Təşkilatından söhbət gedir. Bizim üçün "Mərkəzi Asiya 5+1" platforması da mühüm əhəmiyyət daşıyır",- o qeyd edib.

Son xəbərlər

Orphus sistemi