Fərid Şəfiyev: “Azərbaycan və Gürcüstan birgə müzakirə mexanizmi yaratmalıdır”

Fərid Şəfiyev: “Azərbaycan və Gürcüstan birgə müzakirə mexanizmi yaratmalıdır” “Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Gürcüstanın beyin mərkəzləri ilə geniş şəkildə iş aparmağı planlaşdırır”.
Xarici siyasət
13 Sentyabr , 2019 13:09
Fərid Şəfiyev: “Azərbaycan və Gürcüstan birgə müzakirə mexanizmi yaratmalıdır”

“Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Gürcüstanın beyin mərkəzləri ilə geniş şəkildə iş aparmağı planlaşdırır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu mərkəzin sədri Fərid Şəfiyev Tbilisidə jurnalistlərə açılqmasında bildirib.

O, Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunda (Rondeli Fondu) keçirdiyi görüşün çox məzmunlu və faydalı olduğunu deyib: “Gürcü dostlarımızla faydalı fikir mübadiləsi apardıq. Regiondakı vəziyyət, beynəlxalq münasibətlər və təbii ki, ikitərəfli münasibətləri də müzakirə etdik”.

F.Şəfiyev qeyd edib ki, BMTM Gürcüstanın digər düşüncə mərkəzləri ilə də danışıqlar aparmağı planlaşdırır: “Gürcüstan və Azərbaycan strateji tərəfdaşdır. Qonşu ölkələr arasında vaxtaşırı müəyyən problemlər əmələ gələ bilər. Bəzi xırda problemlərin aradan qaldırılması üçün müzakirə və ya problemlərin həll olunması mexanizmi yaradılmalıdır. Düşüncə mərkəzlərinin üzərinə bu probmelərin müzakirəsi, vəziyyətdən çıxış yollarının axtarılması və mətbuatda işıqlandırılması və digər məsələlər düşür”.

Son xəbərlər

Orphus sistemi