Estoniyanın xarici işlər naziri Azərbaycana rəsmi səfər edəcək

Xarici siyasət
  • 09 iyun, 2017
  • 11:14
Estoniyanın xarici işlər naziri Azərbaycana rəsmi səfər edəcək

Bakı. 9 iyun. REPORT.AZ/ Estoniyanın xarici işlər naziri Sven Mikser iyunun 12-də Azərbaycanda rəsmi səfərdə olacaq.

XİN-dən "Report"a verilən məlumata görə, nazirin səfər çərçivəsində azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.