Estoniya XİN başçısı Azərbaycana səfər etmək niyyətindədir

Estoniya XİN başçısı Azərbaycana səfər etmək niyyətindədir Bakıda Azərbaycan-Estoniya hökumətlərarası komissiyasının iclası keçiriləcək
Xarici siyasət
12 Yanvar , 2017 10:49
Estoniya XİN başçısı Azərbaycana səfər etmək niyyətindədir

Bakı. 12 yanvar. REPORT.AZ/ Estoniyanın xarici işlər naziri Sven Mikser "Şərq Tərəfdaşlığı" ölkələrinin noyabr ayında Brüsseldə keçiriləcək sammitinə qədər proqram iştirakçılarının XİN başçıları ilə görüşmək niyyətindədir.

Bu barədə "Report" Estoniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Marin Mıttus bildirib.

Onun sözlərinə görə, bu səbəbdən Estoniya xarici işlər naziri Azərbaycana səfər etməyi planlaşdırır.

Səfir, həmçinin bu ilin ilk yarısında, çox güman, yaz aylarında Bakıda ticarət və iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Estoniya hökumətlərarası komissiyasının növbəti iclasının keçiriləcəyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi