Ersin Tatar: Azərbaycan dövləti və xalqının Şimali Kiprə olan doğma münasibətini hər zaman hiss edirik

Ersin Tatar: Azərbaycan dövləti və xalqının Şimali Kiprə olan doğma münasibətini hər zaman hiss edirik Başda Prezident İlham Əliyev olmaqla, Azərbaycan dövlətinin və xalqının Şimali Kipr Türk Cümhuriyyətinə olan doğma münasibətini hər zaman hiss edirik.
Xarici siyasət
20 Fevral , 2024 18:41
Ersin Tatar: Azərbaycan dövləti və xalqının Şimali Kiprə olan doğma münasibətini hər zaman hiss edirik

Başda Prezident İlham Əliyev olmaqla, Azərbaycan dövlətinin və xalqının Şimali Kipr Türk Cümhuriyyətinə olan doğma münasibətini hər zaman hiss edirik.

Bu fikirləri "Report"un Ankara bürosuna açıqlamasında Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar deyib.

Ersin Tatar, ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri çərçivəsində onu Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünə dəvət etməsinə görə dövlət başçısına minnətdarlığını bildirib.

O bu dəvəti məmnuniyyətlə qəbul edərək iyul ayında sözügedən tədbirə qatılacağını söyləyib:

"İlham Əliyevin Kipr türklərinə olan qardaşlıq münasibəti bizi çox məmnun edir. O türk birliyinin əhəmiyyətini hər zaman dilə gətirir və bu birliyin gələcəkdə çox önəmli olduğunu bildirir".

Ersin Tatar vurğulayıb ki, Türkiyə ilə Azərbaycanın münasibətləri digər türk dövlətlərinə, o cümlədən də Şimali Kiprə stimul verir: “Biz artıq özümüzü “Bir millət, iki dövlət” prinsipinin tərkibində “Bir millət, üç dövlət” olaraq görürük. Qardaşlığımız getdikcə güclənir və gələcəkdə daha güclü birliyin olacağına əminəm. Çünki biz Qafqaz, Anadolu və Aralıq dənizi coğrafiyasında çox güclü ola bilmək imkanına malikik və bu həmrəyliyimiz xalqlarımız üçün çox əlverişlidir. Kipr türkləri olaraq çox mücadilələr verdik, dövlətimizin artıq 60 yaşı var. Hazırda TDT-də də türk dövləti olaraq yerimizi almaq ən təbii haqqımızdır”.

Qeyd edək ki, bu gün Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) Ankara səfirliyinin əməkdaşlığı çərçivəsində Şimali Kipr Türk Cümhuriyyətinin qurucusu Rauf Denktaşın anadan olmasının 100-cü ildönümü və sənətkar (fotoqraf) kimliyi ilə bağlı anma toplantısı keçirilib. Prezident Ersin Tatar da bu tədbirdə iştirak edib.

Son xəbərlər

Orphus sistemi