Beynəlxalq komitənin Azərbaycan nümayəndəliyi: Ermənistan insan haqlarının pozulduğu bir məkana çevrilib

Beynəlxalq komitənin Azərbaycan nümayəndəliyi: Ermənistan insan haqlarının pozulduğu bir məkana çevrilib
Xarici siyasət
31 Yanvar , 2019 16:34
Beynəlxalq komitənin Azərbaycan nümayəndəliyi: Ermənistan insan haqlarının pozulduğu bir məkana çevrilib

Bakı. 31 yanvar. REPORT.AZ/ “Ermənistanın siyasi məhbusu aclıq aksiyasından dünyasını dəyişib. Ermənistanda insan haqlarının pozulması davam edir. Özünü demoktarik dövlət adlandıran Ermənistan əslində beynəlxalq qanunlara məhəl qoymayan, insan haqlarının pozulduğu bir məkana çevrilib”.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq İnsan Haqlarının Müdafiəsi Komitəsinin Azərbaycan nümayəndəliyinin bəyanatında bildirilib.

Vurğulanıb ki, dünyanın aparıcı təşkilatlarının, həmçinin Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, ATƏT və digər beynəlxalq təşkilatların “innovasiyalar ölkəsi” adlandırdığı Ermənistanda nəinki demokratiyadan, hətta qanunun aliliyindən belə bəhs etmək üçün əsaslı səbəb yoxdur.

“Azərbaycanda seçkilərin keçirilməsinə, insan haqları ilə bağlı məsələlərə böyük həssalıqla yanaşan beynəlxalq qurumlar, Ermənistanda insan haqlarının kobud şəkildə pozulması, günahsız insanların həbs olunması, seçki prosesinin saxtalaşdırılması və digər məsələlərə etinasızlıq göstərilməsi təəccüb doğurur. 2019-cu ilin yanvarın 17-də Avropa Parlamenti "Azərbaycanda vəziyyət və Mehman Hüseynovun işi” - 2019/2511 saylı, reallığı əks etdirməyən, əsassız qətnamə qəbul edib və bloger Mehman Hüseynovun işini diqqətə alır. Lakin bu gün Erməni Qartalları: Vahid Ermənistan Partiyasının sədr müavini, siyasi məhbus Mger Yegiazaryanın aclıq aksiyasından ölüm xəbəri bütün dünya, o cümlədən Amerika və Avropa mətbuatında yayılmasına baxmayaraq, beynəlxalq təşkilatlar məsələni sükutla qarşılayırlar. Biz Beynəlxalq İnsan Haqlarının Müdafiəsi Komitəsinin Azərbaycan nümayəndəliyi və İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzi olaraq, Avropa İttifaqı Parlamenti üzvlərini Cənubi Qafqaz regionunda ikili standartlara son qoymağa çağırırıq”, - bəyanatda bildirilib.