Ermənistan XİN: Tramp administrasiyası Bakı və İrəvan arasında münasibətlərin normallaşmasında maraqlıdır

Ermənistan XİN: Tramp administrasiyası Bakı və İrəvan arasında münasibətlərin normallaşmasında maraqlıdır ABŞ Prezidenti Donald Trampın administrasiyası rəsmi Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına maraq göstərir.
Xarici siyasət
17 aprel 2025 11:37
Ermənistan XİN: Tramp administrasiyası Bakı və İrəvan arasında münasibətlərin normallaşmasında maraqlıdır
Ararat Mirzoyan

ABŞ prezidentinin administrasiyası Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına maraq göstərir.

"Report"un məlumatına görə, bunu Türkiyə KİV-ə müsahibəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

O qeyd edib ki, Ermənistanın ABŞ administrasiyası ilə əlaqələri var.

"ABŞ-nin yeni administrasiyası sülh sazişinin mətni ilə bağlı razılığımız haqqında bəyanatlarımızı alqışlayıb. Yeni administrasiya tərəfindən Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına maraq görünür. Bu impulsları müşahidə edirik", - Ermənistan XİN başçısı əlavə edib.

Azərbaycanla sülh sazişinin imzalanacağı mümkün yer barədə şərh verən A.Mirzoyan, tədbirin iki ölkənin sərhədində keçirilməsi ideyasının olduğunu qeyd edib: "Bir neçə paytaxt da öz xidmətlərini təklif edir. Mən heç bir variantı istisna etmirəm".

Son xəbərlər

Orphus sistemi