Ermənilər Azərbaycan XİN-in nəzdindəki qurumun saytına kiber-hücum təşkil edib

Ermənilər Azərbaycan XİN-in nəzdindəki qurumun saytına kiber-hücum təşkil edib Bu kiber-hücumun Monte Melkonyan kiber-qrupu tərəfindən törədildiyi qeyd olunub
Xarici siyasət
19 Fevral , 2015 13:09
Ermənilər Azərbaycan XİN-in nəzdindəki qurumun saytına kiber-hücum təşkil edib

Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikası Beynəlxalq İnkişaf Agentliyinin rəsmi internet saytı (www.aida.az/) fevralın 19-da kiber-hücuma məruz qalıb.

Bu barədə “Report”a Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

Saytın ön səhifəsində yerləşdirilmiş məlumatda bu kiber-hücumun erməni terror təşkilatı olan ASALA-nın rəhbərlərindən biri olmuş terrorçu Monte Melkonyan kiber qrupu tərəfindən törədildiyi qeyd olunub.

İnternet səhifəsinin fəaliyyəti qısa müddət ərzində bərpa edilib.

“Siyasi-iqtisadi və demoqrafik böhran şəraitində olan və cəbhədə törətdiyi təxribat əməlləri nəticəsində ardıcıl olaraq uğursuzluqla üzləşən Ermənistan bu cılız addımlarla yəqin ki, özünə təsəlli tapmağa çalışır. ASALA kimi terror təşkilatları vasitəsilə beynəlxalq terrorizmə dəstək verən Ermənistandan fərqli olaraq, AİDA dünyanın bir çox regionlarında humanitar nəcib missiya icra edir, ehtiyacı olan insanların həyata şəraitini yaxşılaşdırır və davamlı inkişafa, o cümlədən BMT-nin Minilliyin inkişaf məqsədlərinin qlobal səviyyədə həyata keçirilməsinə töhfə verir”, - H.Hacıyev əlavə edib.

Son xəbərlər

Orphus sistemi