Deputat: "Ərdoğanın Şuşaya səfəri dostlarımızı sevindirəcək, düşmənlərimizə gözdağı olacaq"

Deputat: "Ərdoğanın Şuşaya səfəri dostlarımızı sevindirəcək, düşmənlərimizə gözdağı olacaq" “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfəri dostluq və qardaşlığımızın növbəti təntənəsi olacaq. Xüsusilə Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfər etməsi tarixi hadisə kimi dəyərləndirilməlidir”.
Xarici siyasət
14 İyun , 2021 20:35
Deputat: Ərdoğanın Şuşaya səfəri dostlarımızı sevindirəcək, düşmənlərimizə gözdağı olacaq
Fatma Yıldırım

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfəri dostluq və qardaşlığımızın növbəti təntənəsi olacaq. Xüsusilə Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfər etməsi tarixi hadisə kimi dəyərləndirilməlidir”.

"Report"un məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Onun sözlərinə görə, Ərdoğan Şuşaya Belçikada keçirilən NATO-nun zirvə toplantısından qatılacaq: "Hesab edirəm ki, bu, dünya üçün də, Qarabağla bağlı ermənilərə havadarlıq etmək istəyənlər üçün də bir mesaj ola bilər".

F.Yıldırım bildirib ki, Rəcəb Tayyib Ərdoğan Şuşaya işğaldan azad edildikdən sonra səfər edəcək ilk xarici ölkə rəhbəridir: “Doğrudur, “bizim münasibətlərimiz “bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanır, qanımız, canımız, dilimiz, dinimiz, mədəniyyətimiz birdir. Amma faktdır ki, Türkiyə dünyanın böyük dövlətlərindən biridir. Bizim üçün çox qürurvericidir ki, Türkiyə dövlətinin başçısı Şuşaya səfər edir və bu səfər böyük rəmzi məna daşıyır. Ərdoğanın verdiyi açıqlamalardan göründüyü kimi, Şuşa səfəri çox əlamətdar olacaq, vacib müzakirələr aparılacaq və sənədlər imzalanacaq. Yəqin ki, sabah cəmiyyətimiz Türkiyə prezidentinin Şuşa səfərinin təfərrüatı ilə tanış olacaq. O zaman bu səfəri daha dəqiq şərh etmək mümkün olacaq”.

Deputat vurğulayıb ki, Ərdoğanın Şuşaya səfəri bütövlükdə türk dünyası üçün əlamətdar hadisə kimi tarixə düşəcək. Çünki Şuşa qədim tarixə malik şəhəridir. Şuşanın işğaldan azad olunması təkcə Azərbaycanın deyil, bütün türk dünyasının zəfəridir. Bu səfərdən, bu tarixi hadisədən türk dünyası, Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu, həmrəyliyi bir daha güclənmiş, bir daha sıx tellərlə möhkəmlənmiş şəkildə çıxacaq. Bu səfər türkün yeni inkişaf, yeni zəfər mərhələsi olacaq. Türkiyə Vətən müharibəsində olduğu kimi, ondan sonra da daima bizim yanımızdadır. Hesab edirəm ki, Azərbaycan xalqı Türkiyə Prezidentinin ölkəmizə, Şuşaya səfərini böyük çoşğu ilə qarşılayır. Bu səfər birliyimizin daha bir təntənəsi olacaq, dostlarımızı sevindirəcək, düşmənlərimizə isə gözdağı olacaq".

Son xəbərlər

Orphus sistemi