Yuxarı
    Bağlamaq

    Elxan Poluxov etimadnaməsinin surətini Braziliya Xarici Əlaqələr Nazirliyinin Baş katibinə təqdim edib - FOTO

    Səfir Markos Qalvao Elxan Poluxovu salamlayaraq ona yeni vəzifəsində uğurlar arzu edib

    Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov etimadnaməsinin surətini Braziliya Xarici Əlaqələr Nazirliyinin Baş katibi, səfir Markos Qalvaoya təqdim edib.

    Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyindən "Report"a verilən məlumata görə, səfir M.Qalvao səfir E.Poluxovu salamlayaraq ona yeni vəzifəsində uğurlar arzu edib və iki ölkə arasında əlaqələrin daha da güclənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

    Öz növbəsində E.Poluxov Azərbaycanın Braziliyada səfiri vəzifəsinə təyin edilməsindən məmnunluq duyduğunu və burada çalışdığı müddətdə ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi üçün səy göstərəcəyini vurğulayıb.

    Sonra tərəflər arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyətinə və konkret sahələr üzrə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi