Elnur Məmmədov: "Beynəlxalq Məhkəmə ermənilərin dini-mədəni abidələrlə bağlı vəsatətini təmin etmədi"

Elnur Məmmədov: "Beynəlxalq Məhkəmə ermənilərin dini-mədəni abidələrlə bağlı vəsatətini təmin etmədi" “Ermənistanın Azərbaycana qarşı qərar əldə etmək istədiyi digər məsələ işğaldan azad edilmiş ərazilərdə ermənilərin iddia etdiyi dini-mədəni abidələrin qorunması, ermənilərə həmin abidələri ziyarət etmək hüququnun təcili təmin edilməsi, abidələr üzərində
Xarici siyasət
8 Dekabr , 2021 11:37
Elnur Məmmədov: Beynəlxalq Məhkəmə ermənilərin dini-mədəni abidələrlə bağlı vəsatətini təmin etmədi

“Ermənistanın Azərbaycana qarşı qərar əldə etmək istədiyi digər məsələ işğaldan azad edilmiş ərazilərdə ermənilərin iddia etdiyi dini-mədəni abidələrin qorunması, ermənilərə həmin abidələri ziyarət etmək hüququnun təcili təmin edilməsi, abidələr üzərində aparılan bərpa işləri zamanı hər hansısa dəyişikliklərin edilməsinin qadağan edilməsi tələbi olub”.

“Report” xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistanın Azərbaycana qarşı iddiasının təmin olunmaması ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

O deyib ki, bu məsələ də Ermənistan tərəfindən bir çox platformalarda Azərbaycana qarşı qaldırılır: "Lakin məhkəmə bu vəsatəti də rədd edərək yalnız abidələrə qarşı vandallıq aktları və təhqiredici hərəkətlərin qarşısının alınması və belə hallar olarsa, Azərbaycan tərəfindən günahkar şəxslərin məsuliyyətə cəlb edilməsi ilə bağlı ümumi xarakterli qeydlər edib”.

Son xəbərlər

Orphus sistemi