Bakı. 21 iyul. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyulun 24-də Macarıstana rəsmi səfərə gedəcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfər çərçivəsində E.Məmmədyarov Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.
Rəsmi görüşdən sonra Azərbaycan və Macarıstanın xarici işlər nazirləri birgə mətbuat konfransı keçirəcək.
Qeyd edək ki, 2014-cü ilin noyabrın 3-4-də Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycana rəsmi səfər edib.