Elmar Məmmədyarovun Toivo Klaar ilə telefon danışığı olub

Elmar Məmmədyarovun Toivo Klaar ilə telefon danışığı olub Xarici işlər naziri Elmar Məmmədyarovun Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə telefon söhbəti baş tutub.
Xarici siyasət
29 Aprel , 2020 22:13
Elmar Məmmədyarovun Toivo Klaar ilə telefon danışığı olub

Xarici işlər naziri Elmar Məmmədyarovun Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə telefon söhbəti baş tutub.

Bu barədə "Report"a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib. 

Tərəflər qlobal pandemiya ilə mübarizə çərçivəsində bölgədəki son vəziyyət, eləcə də Avropa İttifaqı ölkələrinin hazırkı durumu ətrafında ümumi fikir mübadiləsi aparıblar və bu xüsusda beynəlxalq əməkdaşlıq, həmrəyliyin əhəmiyyətini qeyd ediblər.

Telefon söhbəti zamanı tərəflər xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyətini müzakirə ediblər. 

E.Məmmədyarov Aİ-nin xüsusi nümayəndəsinə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsinin vasitəçiliyi və iştirakı ilə video-konfrans şəklində baş tutmuş görüşü barədə məlumat verib, danışıqların formatının və gündəliyinin dəyişilməz qaldığını qeyd edib.

O, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq həll edilməsinin, o cümlədən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasının və məcburi köçkünlərin öz evlərinə və mülklərinə geri qayıtmasının vacibliyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi