Elmar Məmmədyarov XI Yay Enerji Məktəbində çıxış edib

Elmar Məmmədyarov XI Yay Enerji Məktəbində çıxış edib Tədbirin sonunda yay məktəbinin məzunlarına müvafiq sertifikatlar təqdim olunub
Xarici siyasət
21 İyul , 2017 16:39
Elmar Məmmədyarov XI Yay Enerji Məktəbində çıxış edib
Mfa.gov.az

Bakı. 21 iyul. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov ADA Universitetinin təşkil etdiyi XI Yay Enerji Məktəbinin bağlanış mərasimində çıxış edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nazir Azərbaycanın neft tarixindən və uğurlu enerji diplomatiyasından söz açıb, bu xüsusda Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Azərbaycanın təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizi və onun mühüm tərkib hissəsi olan TANAP/TAP layihələrini xüsusilə qeyd edib.

E.Məmmədyarov iştirakçıların Xəzərin hüquqi statusu, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi, ətraf mühitin qorunması sahəsində beynəlxalq proseslər və digər məsələlər barəsində suallarını cavablandırıb.

Tədbirin sonunda yay məktəbinin məzunlarına müvafiq sertifikatlar təqdim olunub.

XI Yay Enerji Məktəbinin bu ilki iştirakçıları sırasında Azərbaycan, Macarıstan, Kolumbiya, Rusiya, ABŞ, İspaniya, Meksika, Malayziya, Çexiya və İsraeldən olan nümayəndələr olub.

Qeyd edək ki, XI Yay Enerji Məktəbi iyulun 9-da başlamışdı. 

Son xəbərlər

Orphus sistemi