Elmar Məmmədyarov Ukrayna səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

Elmar Məmmədyarov Ukrayna səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib Bakı. 7 fevral. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması münasibətilə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenkonu qəbul edib.
Xarici siyasət
7 Fevral , 2019 14:55
Elmar Məmmədyarov Ukrayna səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

Bakı. 7 fevral. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması münasibətilə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenkonu qəbul edib.

"Report"a XİN-dən verilən məlumata görə, görüş zamanı tərəflər iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafından məmnunluqlarını bildiriblər. Bu xüsusda, səfir A.Mişenkonun səyləri yüksək qiymətləndirilib.

Səfir Aleksandr Mişenko diplomatik fəaliyyəti müddətində Azərbaycan tərəfindən ona göstərilən dəstəyi xüsusi qeyd edib və  təşəkkürünü bildirib.

Nazir Elmar Məmmədyarov səfir Aleksandr Mişenkoya gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.

Son xəbərlər

Orphus sistemi