Elmar Məmmədyarov Şimali Makedoniyanın XİN başçısının müavini ilə görüşüb

Elmar Məmmədyarov Şimali Makedoniyanın XİN başçısının müavini ilə görüşüb Bakı. 26 fevral. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Cenevrəyə işgüzar səfəri çərçivəsində Şimali Makedoniyanın xarici işlər nazirinin müavini Andrey Zernovski ilə görüşüb.
Xarici siyasət
26 Fevral , 2019 18:17
Elmar Məmmədyarov Şimali Makedoniyanın XİN başçısının müavini ilə görüşüb

Bakı. 26 fevral. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Cenevrəyə işgüzar səfəri çərçivəsində Şimali Makedoniyanın xarici işlər nazirinin müavini Andrey Zernovski ilə görüşüb.

XİN-dən "Report"a verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan və Şimali Makedoniya arasında əlaqələrin cari vəziyyəti haqqında fikir mübadiləsi aparıblar. Münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə qarşılıqlı səfər mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Həmçinin tərəflər iqtisadi əməkdaşlığı və sərmayə qoyuluşunu artırmaq məqsədilə biznes forumlarının keçirilməsinin zəruriliyini bildiriblər.

Görüş zamanı habelə tərəflər enerji sahəsində ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi