Elmar Məmmədyarov Peruda ikitərəfli görüşlər keçirib

Elmar Məmmədyarov Peruda ikitərəfli görüşlər keçirib Xarici İşlər naziri Elmar Məmmədyarov Sakit okean Alyasının Limada keçirilən 14-cü Zirvə toplantısı çərçivəsində Yaponiya Xarici İşlər nazirinin müavini Kiyoto Tsuji, Kolumbiyanın Xarici İşlər naziri Karlos Holmes Truxiyo Garsia və Kosta Rikanın Xarici Ticarət nazirinin müavini Duayner Salas Çaverri ilə görüşlər keçirib.
Xarici siyasət
6 İyul , 2019 17:43
Elmar Məmmədyarov Peruda ikitərəfli görüşlər keçirib
Azərbaycan XİN başçısı Elmar Məmmədyarov / Report/ Elchin Murad

Xarici İşlər naziri Elmar Məmmədyarov Sakit okean Alyasının Limada keçirilən 14-cü Zirvə toplantısı çərçivəsində Yaponiya Xarici İşlər nazirinin müavini Kiyoto Tsuji, Kolumbiyanın Xarici İşlər naziri Karlos Holmes Truxiyo Garsia və Kosta Rikanın Xarici Ticarət nazirinin müavini Duayner Salas Çaverri ilə görüşlər keçirib.

Xarici İşlər Nazirliyindən (XİN) "Report"a verilən məlumata görə, grüşlərdə ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, humanitar, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.

Tərəflər ikitərəfli əlaqələrin inkişafı baxımından müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyətini qeyd ediblər. Habelə Xarici İşlər Nazirlikləri səviyyəsində siyasi məsləhətləşmələrin keçirilməsinə dair razilıq ifadə ediblər.

Görüşlər zamanı, həmçinin qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlərə dair müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi