Yuxarı
    Bağlamaq

    Elmar Məmmədyarov Maldiv adalarının XİN başçısı ilə görüşüb

    Azərbaycanla Maldiv adaları arasında bir sıra sahələrdə ikitərəfli əməkdaşlığın inkişafı perspektivlərini müzakirə olunub

    Bakı. 18 oktyabr. REPORT.AZ/ İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 43-cü iclasında iştirak etmək məqsədilə Daşkənddə işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Maldiv adaların xarici işlər naziri Məhəmməd Asim ilə görüşüb.

    Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə nazirlər Azərbaycan və Maldiv arasında siyasi, iqtisadi və turizm sahəsində ikitərəfli əməkdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər.

    Onlar beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlığa toxunan tərəflər seçkili orqanlarda namizədliklərin dəstəklənməsinə dair fikir mübadiləsi aparıblar.

    XİN başçıları görüşdə eləcə də İƏT-in Xarici İşlər Nazirləri Şurasının gündəliyi və qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə ediblər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi