Yuxarı
    Bağlamaq

    Elmar Məmmədyarov Macarıstanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

    Viktor Szederkeni diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməcəyini bildirib© XİN

    Bakı. 7 sentyabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Viktor Szederkenini qəbul edib.

    Nazirlikdən "Report"a verilən məlumata görə, görüşdə səfir Viktor Szederkeni etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib.

    Səfir Viktor Szederkeni ölkəsinin enerji, nəqliyyat, turizm, mədəniyyət və digər sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməcəyini bildirib.

    E.Məmmədyarov səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi