Elmar Məmmədyarov Lüksemburqda irlandiyalı həmkarı ilə görüşüb

Elmar Məmmədyarov Lüksemburqda irlandiyalı həmkarı ilə görüşüb
Xarici siyasət
15 Oktyabr , 2018 23:03
Elmar Məmmədyarov Lüksemburqda irlandiyalı həmkarı ilə görüşüb

Bakı. 15 oktyabr. REPORT.AZ/ Şərq Tərəfdaşlığı ölkələrinin Lüksemburqda keçirilən nazirlər görüşü çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov İrlandiyanın xarici işlər və ticarət naziri Simon Koveney ilə görüşüb.

“Report” xəbər verir ki, görüş zamanı tərəflər ikitərəfli münasibətlərin cari səviyyəsini müzakirə etdilər və əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğunu vurğulayıblar.

Tərəflər həmçinin beynəlxalq gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi apardılar və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələlərinə toxunublar.