Yuxarı
    Bağlamaq

    Elmar Məmmədyarov Koreya Respublikasının Azərbaycana yeni təyin olunan səfirini qəbul edib

    Kim Çanq Gyu etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinə təqdim edib

    Bakı. 23 oktyabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Koreya Respublikasının Azərbaycana yeni təyin olunan səfiri Kim Çanq Gyunu qəbul edib.

    Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfir Kim Çanq Gyu etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib.

    Görüşdə Azərbaycan və Koreya Respublikası arasında siyasi, iqtisadi və ticarət əlaqələrinin inkişafından məmnunluq ifadə olunub.

    Səfir Kim Çanq Gyu diplomatik fəaliyyəti dövründə iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

    Nazir Elmar Məmmədyarov səfir Kim Çanq Gyuya diplomatik fəaliyyətində uğurlar arzu edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi