Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri
Bu barədə "Report"a XİN-in mətbuat xidmətindən bildirilib.
Görüş zamanı Borge Brende nazir Elmar Məmmədyarovu 2019-cu ilin 6-7 aprel tarixlərində İordaniyada keçiriləcək Dünya İqtisadi Forumunun Yaxın Şərq və Şimali Afrika üzrə tədbirinə dəvət edib. B.Brende tədbir çərçivəsində Körfəz ölkələrinin xarici işlər nazirlərinin iştirak edəcəyi Avrasiya seqmentinin çox önəmli olduğunu diqqətə çatdırıb.
Öz növbəsində, nazir Elmar Məmmədyarov Cenevrəyə səfərinin məqsədləri ilə bölüşüb, eləcə də Azərbaycanın 2019-cu ilin oktyabr ayının 21-26-da Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 18-ci sammitinə ev sahibliyi edəcəyi barədə həmsöhbətini məlumatlandırıb.
E.Məmmədyarov Dünya İqtisadi Forumunun prezidentinə Ermənistan-Azərbaycan
Görüş zamanı, həmçinin regional və qlobal gündəlikdə olan mövzular ətrafında fikir mübadiləsi aparılıb.