Elmar Məmmədyarov İsveçrədə Azərbaycan üzrə dostluq qrupunun rəhbəri ilə görüşüb

Elmar Məmmədyarov İsveçrədə Azərbaycan üzrə dostluq qrupunun rəhbəri ilə görüşüb İsveçrə Parlamenti adından nazir Elmar Məmmədyarov və Azərbaycan nümayəndə heyətinin şərəfinə ziyafət verilib
Xarici siyasət
10 Oktyabr , 2016 19:46
Elmar Məmmədyarov İsveçrədə Azərbaycan üzrə dostluq qrupunun rəhbəri ilə görüşüb

Bakı. 10 oktyabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə Konfederasiyasına rəsmi səfəri çərçivəsində İsveçrə parlamentində Azərbaycan üzrə dostluq qrupunun rəhbəri Filippo Lombardi ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən "Report"a bildirilib ki, nazir Elmar Məmmədyarov Azərbaycan və İsveçrə arasında əməkdaşlığın inkişafında parlamentlərarası dostluq qruplarının fəaliyyətinin mühüm rola malik olduğunu deyib.

Azərbaycana 2013-cü ildə səfərini, Bakıda keçirilmiş Birinci Avropa Oyunlarının açılış mərasimində iştirakını və bu ilin martında İsveçrəyə səfər edən Azərbaycan Milli Məclisinin üzvləri ilə görüşünü xatırladan Filippo Lombardi paralamentlərarası dostluq qruplarının ölkələrimiz arasında əməkdaşlığın inkişafına öz töhfəsini verdiyini bildirib.

E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin mövcud vəziyyəti, habelə danışıqlar prosesi barədə həmsöhbətinə məlumat verib.

Səfərin yekununda İsveçrə Parlamenti adından nazir Elmar Məmmədyarov və Azərbaycan nümayəndə heyətinin şərəfinə ziyafət verilib.

Son xəbərlər

Orphus sistemi