Elmar Məmmədyarov Gürcüstanın baş naziri ilə dövlət sərhədinin delimitasiyası prosesini müzakirə edib

Elmar Məmmədyarov Gürcüstanın baş naziri ilə dövlət sərhədinin delimitasiyası prosesini müzakirə edib Gürcüstanın baş naziri Giorgi Qaxaria və Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov arasında görüş keçirilib.
Xarici siyasət
23 Dekabr , 2019 18:49
Elmar Məmmədyarov Gürcüstanın baş naziri ilə dövlət sərhədinin delimitasiyası prosesini müzakirə edib

Gürcüstanın baş naziri Giorgi Qaxaria və Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov arasında görüş keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin olduğu xüsusilə vurğulanıb.

Tərəflər Gürcüstan və Azərbycan arasında dövlət sərhədinin delimitasiyası prosesinə də diqqət ayırıblar.

Bildirilib ki, proses iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətləri kontekstində davam etdirilməli və iki dost ölkənin maraqları nəzərə alınmalıdır.

Görüşdə həmçinin nəqliyyat dəhlizinin effektivliyi və rəqabətliliyinin artırılması, iki ölkənin tranzit potensialından birgə istifadənin əhəmiyyəti vurğulanıb. Bu kontekstdə TANAP layihəsinin Avropa hissəsinin açılışı alqışlanıb.

G.Qaxaria Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib.

Son xəbərlər

Orphus sistemi