Yuxarı

Elmar Məmmədyarov Gürcüstan nümayəndə heyəti ilə görüşüb

Görüş zamanı Azərbaycan və Gürcüstan arasında tərəfdaşlığın hərtərəfli inkişafından məmnunluq ifadə olunub

Bakı. 10 fevral. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın ədliyyə naziri Tea Tsulukianin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş zamanı dost və qonşu dövlətlər olan Azərbaycan və Gürcüstan arasında tərəfdaşlığın hərtərəfli inkişafından məmnunluq ifadə olunub.

Tərəflər ölkərimizin ədliyyə, penitensiar və notarial xidmətlər sahəsində uğurlu əməkdaşlığı və qarşılıqlı təcrübə mübadiləsinin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi