Elmar Məmmədyarov Fransanın Avropa məsələləri üzrə dövlət katibi ilə görüşüb

Elmar Məmmədyarov Fransanın Avropa məsələləri üzrə dövlət katibi ilə görüşüb Arlem Dezir Fransa XİN-də Azərbaycan xarici işlər nazirinin şərəfinə işçi nahar təşkil edilib
Xarici siyasət
19 May , 2016 17:30
Elmar Məmmədyarov Fransanın Avropa məsələləri üzrə dövlət katibi ilə görüşüb

Bakı. 19 may. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfəri çərçivəsində bu ölkənin Avropa məsələləri üzrə dövlət katibi Arlem Dezir ilə görüşüb. 

Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, A.Dezir Fransa XİN-də Azərbaycan xarici işlər nazirinin şərəfinə işçi nahar təşkil edilib.

Söhbət zamanı tərəflər Vyanada keçirilən Ermənistan-Azərbaycan münaqişəsinə dair yüksək səviyyəli görüşün nəticələri haqqında fikir mübadiləsini davam etdiriblər.

E.Məmmədyarov və A.Dezir münaqişənin siyasi həllinə nail olunması məqsədilə danışıqlar prosesinin tezliklə tam bərpa edilməsinin əhəmiyyətini vurğulayaraq bu istiqamətdə atıla biləcək növbəti addımları müzakirə ediblər.  

Tərəflər həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparıblar. Fransa tərəfi bu münasibətlərin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayaraq, bu məsələdə Azərbaycana lazımı dəstək verəcəyini vəd edib.

Son xəbərlər

Orphus sistemi