Bakı. 1 oktyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri
Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, görüş zamanı ali nümayəndə Azərbaycanın mədəniyyətlərarası dialoq və anlaşmaya verdiyi töhfələri yüksək qiymətləndirib. O, Azərbaycanın 2016-cı ilin aprel ayında BMT-nin Sivilizasiyalar Alyansının yeddinci Qlobal Forumuna ev sahibliyi edəcəyi üçün təşəkkürünü bildirib. Bu mötəbər tədbirin zəngin multikulturalizm və tolerantlıq ənənələri olan Azərbaycanda keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan ali nümayəndə ölkəmizdə keçirilən digər beynəlxalq tədbirlər kimi bu foruma da Azərbaycanın layiqincə ev sahibliyi edəcəyinə əminliyini ifadə edib.
Nazir E.Məmmədyarov Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoqun təşviqinə önəm verdiyini və Sivilizasiyalar Alyansı Dostlar Qrupunun üzvü kimi Alyansın məqsədlərinin həyata keçirilməsi üçün bir sıra təşəbbüsləri uğurlu həyata keçirdiyini diqqətə çatdırıb.
Daha sonra 2016-cı il Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna hazırlıq prosesi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.