Elmar Məmmədyarov BMT baş katibinin İraq üzrə xüsusi nümayəndəsi ilə görüşüb

Elmar Məmmədyarov BMT baş katibinin İraq üzrə xüsusi nümayəndəsi ilə görüşüb Nazir Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verib
Xarici siyasət
5 Avqust , 2016 15:05
Elmar Məmmədyarov BMT baş katibinin İraq üzrə xüsusi nümayəndəsi ilə görüşüb

Bakı. 5 avqust. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT baş katibinin İraq üzrə xüsusi nümayəndəsi Yan Kubişin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən "Report"a verilən məlumata görə, görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər, sülhün və sabitliyin təmin olunması istiqamətində BMT tərəfindən həyata keçirilən layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verərək, ATƏT Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində dəfələrlə qeyd etdikləri kimi mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi