Elmar Məmmədyarov Beynəlxalq Əmək Təşkilatının baş direktoru ilə görüşüb

Elmar Məmmədyarov Beynəlxalq Əmək Təşkilatının baş direktoru ilə görüşüb Bakı. 21 may. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Beynəlxalq Əmək Təşkilatının baş direktoru Qay Rayderin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici siyasət
21 May , 2018 16:34
Elmar Məmmədyarov Beynəlxalq Əmək Təşkilatının baş direktoru ilə görüşüb
mfa.fov.az
0 : 00
0 : 00

Bakı. 21 may. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Beynəlxalq Əmək Təşkilatının baş direktoru Qay Rayderin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, ölkəmizdə olmasından məmnunluğunu bildirən Q.Rayder Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və görüş zamanı çox faydalı müzakirələrin aparıldığını deyib. 

Görüş zamanı tərəflər Azərbaycanda keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda beynəlxalq konfransın əhəmiyyətini və konfrans zamanı faydalı müzakirələrin aparıldığını vurğulayıblar. Həmçinin tərəflər Beynəlxalq Əmək Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətinə toxunaraq bu əlaqələrin uğurla davam etdiriləcəyinə əminliklərini bildiriblər.

Q.Rayder Azərbaycanın son on illik ərzində sosial sahədə əldə etdiyi nailiyyətlərin təqdirəlayiq olduğunu qeyd edərək bu uğurlu təcrübənin digər ölkələrlə bölüşdürülməsinin vacibliyini diqqətə çatdırıb.

Nazir Elmar Məmmədyarov son illər ərzində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının davamlı inkişafı, o cümlədən dayanıqlı inkişaf məqsədlərinin yerinə yetirilməsi, əhalinin əmək və sosial təminatı istiqamətində bir sıra mühüm işlər görüldüyünü, xüsusilə işsizliyin sürətlə azaldılması ilə bağlı qısa müddət ərzində böyük uğurların əldə edildiyini bildirib. Həmçinin müstəqillik dövründə Azərbaycanın sosial-iqtisadi inkişafından danışan nazir Elmar Məmmədyarov bildirib ki, Azərbaycan bu nailiyyətlərə Ermənistanın hərbi təcüvüzü, ərazilərimizin 20 faizinin işğalı və bir milyondan artıq qaçqın və məcburi köçkünün mövcudluğu şəraitində nail olub.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi