Elmar Məmmədyarov Belarusun xarici işlər naziri ilə görüşüb

Elmar Məmmədyarov Belarusun xarici işlər naziri ilə görüşüb BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Belarus Respublikasının Xarici İşlər naziri Vladimir Makei ilə görüşüb.
Xarici siyasət
26 Sentyabr , 2019 20:39
Elmar Məmmədyarov Belarusun xarici işlər naziri ilə görüşüb

BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Belarus Respublikasının Xarici İşlər naziri Vladimir Makei ilə görüşüb.

XİN-dən "Report"a verilən məlumata görə, Nazirlər Azərbaycan və Belarus arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin cari vəziyyəti, mövcud əlaqələrin genişləndirilməsi perspektivləri üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər bu ilin 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatının Zirvə görüşü və bu xüsusda həyata keçirilən hazırlıq tədbirləri, Azərbaycanın qarşıdan gələn üç il ərzində Hərəkata sədrliyi məsələlərini müzakirə etdilər.

Tərəflər həmçinin Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi həyata keçiriblər.

Son xəbərlər

Orphus sistemi