Elmar Məmmədyarov: "Azərbaycanın Türkiyə və Pakistan ilə əlaqələri strateji xarakter daşıyır" - ƏLAVƏ OLUNUB

Elmar Məmmədyarov: "Azərbaycanın Türkiyə və Pakistan ilə əlaqələri strateji xarakter daşıyır" - ƏLAVƏ OLUNUB "Bu gün imzalanan bəyannamə gələcək əməkdaşlıq üçün yol xəritəsi olacaq"
Xarici siyasət
277
30 Noyabr , 2017 12:29
Elmar Məmmədyarov: Azərbaycanın Türkiyə və Pakistan ilə əlaqələri strateji xarakter daşıyır - ƏLAVƏ OLUNUB
Report

Bakı. 30 noyabr. REPORT.AZ/ "Azərbaycanın Pakistan və Türkiyə ilə münasibətləri strateji əhəmiyyət daşıyır və biz buna sevinirik. Buna görə də üçtərəfli format təsadüfi deyil".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Türkiyə və Pakistan XİN başçılarının Bakıda keçirilən ilk üçtərəfli görüşündən sonra deyib.

Onun sözlərinə görə, bu gün görüşdə qəbul edilmiş Bakı Bəyannaməsi gələcək əməkdaşlıq üçün yol xəritəsi olacaq.

***

Azərbaycanın xarici işlər naziri qeyd edib ki, bugünkü müzakirələrin əsas istiqamətlərindən biri iqtisadiyyat olub, eyni zamanda, həll olunmamış münaqişələr məsələsi müzakirə edilib. Onun sözlərinə görə, tərəflər münaqişələrin regionda sabitlik və təhlükəsizliyə zərbə vurduğunu qeyd ediblər.

"Vacib mövzulardan biridə terrorla mübarizə oldu və biz bu təhdidə qarşı möhkəm dayanmışıq. Əməkdaşlığın vacib mövzusu müdafiə sahəsində əməkdaşlıq idi: həm Türkiyə, həm də Pakistan ilə. Üç ölkə bu sahədə daha çox əməkdaşlıq imkanı axtarır", - E.Məmmədyarov deyib.

Onun sözlərinə görə, tərəflər görüş zamanı həmçinin nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə ediblər: "Türkiyə ilə birlikdə Pakistana bizim infrastrukturdan, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən istifadəni təklif etdik".

O bildirib ki, nəqliyyat sahəsində perspektivləri müzakirə etmək üç ölkənin bu sahə üzrə nazirləri də üçtərəfli görüş keçirəcəklər.

"Həmçinin ölkələrimiz arasında yeni birbaşa aviareyslər açmaq istəyirik, çünki bu amil də turizm potensialını artırır. Gələn il Pakistanda görüşməyə razılıq verdik. Hesab edirəm ki, bugünkü görüş yaxşı bazada baş tutdu və əldə olunan razılaşmaların həyata keçirilməsi üçün fəaliyyət planı yaratmağa imkan verdi", - Azərbaycan XİN başçısı qeyd edib.