Elmar Məmmədyarov: "Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə heç bir diplomatik məntiqə sığmır"

Elmar Məmmədyarov: "Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə heç bir diplomatik məntiqə sığmır" "Bu qətnamə Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə ciddi zərbə vurub"
Xarici siyasət
16 Sentyabr , 2015 20:09
Elmar Məmmədyarov: Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə heç bir diplomatik məntiqə sığmır

Bakı. 16 sentyabr. REPORT.AZ/ "Avropa Parlamentinin Azərbaycanla əlaqədar qəbul etdiyi qətnamə Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə ciddi zərbə vurub". XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Feridun Sinirlioğlu ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, tələsik formada qəbul olunan bu qətnamə Azərbaycan ilə bağlı qərəzli və böhtan xarakteri daşıyan iddialar irəli sürür: "Qətnamədə beynəlxalq əlaqələrin mahiyyətinə zidd olaraq, etik normalardan kənara çıxan cəfəng və təhqiramiz ifadələrdən istifadə edilir. Bu da qəbuledilməzdir".

E.Məmmədyarov deyib ki, belə bir qətnamənin qəbul edilməsi heç bir diplomatik məntiqə sığmır: "Azərbaycan müstəqil və suveren ölkədir. Heç bir suveren dövlət diktə və siyasi təzyiq tərzli davranışı qəbul edilə bilməz. Tövsiyə edərdik ki, dəyərlərdən danışan Avropa Parlamenti bütün Avropanı bürüyən daha ciddi problemlər, o cümlədən irqi ayrı-seçkilik, ksenofobiya, şovinizm, İslamafobiya, radikalizm, ekstremizm və miqrantlara münasibətdə qeyri-insani davranış kimi məsələlərlə məşğul olsun. Təəssüf doğuran hal odur ki, Avropa Parlamenti özündə cəsarət tapıb miqrant ailəsindən olan azyaşlı uşağın faciəli ölümünün mətbuat azadlığı adı altında karikatura obyektinə çevirərək məzxərəyə qoyulması məsələsini müzakirə etmir və münasibət bildirmir".

"Bildiririk ki, hər hansı bir təsisat Azərbaycan ilə münasibətdə bu cür qeyri-etik ifadə formasını seçirsə, biz tərəfdən də adekvat və qeyri-adekvat formada öz cavabını alacaq", - nazir qeyd edib. 

Son xəbərlər

Orphus sistemi