Elmar Məmmədyarov: "Avropa İttifaqı ilə yeni saziş üzrə danışıqlar müsbət ruhda davam edir"

Elmar Məmmədyarov: "Avropa İttifaqı ilə yeni saziş üzrə danışıqlar müsbət ruhda davam edir" Biz Avropa İttifaqı ilə yeni ikitərəfli saziş ilə bağlı keyfiyyətəyönümlü danışıqlar vasitəsilə ikitərəfli münasibətlərdə uğur əldə etməkdə maraqlıyıq. Mən davam edən danışıqların müsbət ruhunu yüksək qiymətləndirirəm. Biz bir-birimizdən və bir-birimiz barədə çox şey öyrənirik.
Xarici siyasət
13 May , 2019 17:22
Elmar Məmmədyarov: Avropa İttifaqı ilə yeni saziş üzrə danışıqlar müsbət ruhda davam edir
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov / Report/ Elchin Murad

"Biz Avropa İttifaqı ilə yeni ikitərəfli saziş ilə bağlı keyfiyyətəyönümlü danışıqlar vasitəsilə ikitərəfli münasibətlərdə uğur əldə etməkdə maraqlıyıq. Mən davam edən danışıqların müsbət ruhunu yüksək qiymətləndirirəm. Biz bir-birimizdən və bir-birimiz barədə çox şey öyrənirik".

"Report" xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov "Şərq Tərəfdaşlığı" Xarici İşlər nazirlərinin mayın 13-də Brüsseldə keçirilən görüşündə deyib. 

O vurğulayıb ki, bu, özlüyündə çox məhsuldar işdir: "Bir neçə ilə sektoral əməkdaşlığımızın əsası kimi çıxış edəcək Tərəfdaşlıq Prioritetləri sənədinin imzalanması ilə yanaşı, biz keçən il Aİ ilə bir sıra məsələləri müzakirə etdiyimiz iki yeni sektoral format – təhlükəsizlik və nəqliyyat dialoqlarına başlamışıq və bu bizə bir-birimizi daha yaxşı anlamağa kömək edir".

Son xəbərlər

Orphus sistemi