Yuxarı

Elman Abdullayev Efiopiya Patriarxı ilə görüşüb

Birinci Abune Matiyas Azərbaycanın Efiopiyada yeni açılmış səfirliyinin fəaliyyəti ilə maraqlanıb

Bakı. 21 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Efiopiyadakı səfiri Elman Abdullayev Efiopiya Patriarxı Birinci Abune Matiyas ilə görüş keçirib. Bu barədə “Report”a Azərbaycan XİN-in mətbuat xidmətindən bildirilib.

Görüş zamanı Azərbaycan ilə Efiopiya arasında münasibətlərin inkişafı perspektivləri müzakirə olunub və ölkələrimiz arasındakı əlaqələrin inkişafı üçün potensialın mövcud olduğu qeyd edilib.

Birinci Abune Matiyasa Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi uğurları, ölkənin regional liderə çevrilməsi, Azərbaycanın multikulturalizm və dinlərarası dialoqun təşviq edilməsi istiqamətində həyata keçirdiyi beynəlxalq miqyaslı fəaliyyəti və ev sahibliyi etdiyi bir neçə möhtəşəm beynəlxalq səviyyəli tədbirlər barədə ətraflı məlumat verilib.

Azərbaycanda tolerantlıq və çoxmədəniyyətlilik ənənələrinin tarixən inkişaf etdiyini Efiopiya Patriarxının diqqətinə çatdıraraq, bu ənənələrin əsasının qədim zamanlardan qoyulduğu bildirilib. Belə ki, Azərbaycanın dünyada multikulturalizmin təşviqinə daim töhfə verdiyini və Azərbaycan torpaqlarında tarixən bütün dinlərin nümayəndələrinin dinc şəraitdə yaşadığı qeyd edilib. Görüşdə Azərbaycanın müxtəlif mədəniyyətlər arasında daim körpü rolunu oynadığı vurğulanıb.

Birinci Abune Matiyas Azərbaycanın Efiopiyada yeni açılmış səfirliyinin fəaliyyəti ilə maraqlanıb və iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi yolunda səfirliyə fəaliyyətində uğurlar arzulayıb. Efiopiya Patriarxı Azərbaycanla Efiopiya arasında münasibətlərin inkişaf etdirilməsi üçün qarşılıqlı şəkildə səylərin davam etdirilməsi vacibliyini vurğulayıb.

Efiopiya Patriarxına Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığa yüksək əhəmiyyət verdiyi və Əddis-Əbəbədə fəaliyyət göstərən Azərbaycan səfirliyinin həm Efiopiya, həm də Afrika İttifaqı ilə ikitərəfli münasibətləri inkişaf etdirməyə çalışacağı bildirilib.

Səfir Elman Abdullayev Azərbaycan Respublikasının Səfirliyi adından Pasxa bayramı münasibəti ilə Patriarx və onun rəhbərliyik etdiyi qurumu təbrik edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi