Elman Abdullayev Afrika İttifaqı yanında Daimi nümayəndə kimi fəaliyyətə başlayıb

Elman Abdullayev Afrika İttifaqı yanında Daimi nümayəndə kimi fəaliyyətə başlayıb O, etimadnaməsini Komissiyanın sədrinə təqdim edib
Xarici siyasət
7 May , 2015 09:47
Elman Abdullayev Afrika İttifaqı yanında Daimi nümayəndə kimi fəaliyyətə başlayıb

Bakı. 7 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri və eyni zamanda Afrika İttifaqı yanında Daimi nümayəndəsi Elman Abdullayev etimadnaməsini Afrika İttifaqı Komissiyasının sədri xanım Nkosazana Dlamini Zumaya təqdim edib. Bu barədə “Report”a Azərbaycan XİN-in mətbuat xidmətindən bildirilib.

Afrika İttifaqı Komissiyasının sədri ilə keçirilmiş görüş zamanı humanitar, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlıq perspektivləri müzakirə edilib və bu əməkdaşlığın yeni müstəviyə qaldırılması üçün böyük potensialın mövcud olduğu qeyd olunub.

Azərbaycanın Daimi nümayəndəsini təbrik edən xanım Zuma rəhbərlik etdiyi təşkilatın Azərbaycanla müxtəlif sahələrdə münasibətlərin inkişafına önəm verdiyini vurğulayaraq, Afrika ilə Azərbaycan arasında əməkdaşlığın əsasının illər öncə qoyulduğunu bildirib.

Səfir Elman Abdullayev Azərbaycan Respublikasının Afrika ölkələri ilə həm ikitərəfli əsaslarda, həm də beynəlxalq təşkilatlar çərçivəsində təmaslarının ildən ilə artdığını qeyd edərək, Azərbaycanın Afrika qitəsində əhəmiyyətli humanitar layihələr həyata keçirildiyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycanın böyük iqtisadi uğurlara imza atdığı, ölkəmizin beynəlxalq arenada nüfuzunun artması nəticəsində beynəlxalq təşkilatlarda mühüm yer tutduğu, hər il müxtəlif mötəbər tədbirlərə ev sahibliyi etdiyi və bu il ilk Avropa Oyunlarının Azərbaycanda keçiriləcəyi qeyd olunub.

Afrika İttifaqı Komissiyasının sədri xanım Nkosazana Dlamini Zuma Azərbaycan Səfirliyinə fəaliyyətində uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi