Şərqi Zəngəzur - Naxçıvan nəqliyyat infrastrukturu layihəsinin icra vəziyyəti müzakirə olunub

Şərqi Zəngəzur - Naxçıvan nəqliyyat infrastrukturu layihəsinin icra vəziyyəti müzakirə olunub Azərbaycanın Baş naziri Əli Əsədov fevralın 17-də Tehran şəhərinə işgüzar səfəri çərçivəsində İran İslam Respublikasının Birinci vitse-prezidenti Məhəmməd Reza Areflə görüşüb.
Xarici siyasət
17 fevral 2025 18:41
Şərqi Zəngəzur - Naxçıvan nəqliyyat infrastrukturu layihəsinin icra vəziyyəti müzakirə olunub

Azərbaycanın Baş naziri Əli Əsədov fevralın 17-də Tehran şəhərinə işgüzar səfəri çərçivəsində İranın birinci vitse-prezidenti Məhəmməd Reza Areflə görüşüb.

Bu barədə "Report"a Azərbaycan Nazirlər Kabinetindən bildirilib.

Görüşdə Azərbaycan-İran münasibətlərinin mövcud vəziyyəti, həmçinin iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat-tranzit, neft-qaz, energetika və humanitar sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Avtomobil və dəmir yolları bağlantılarının yaradılması, İran ərazisindən keçməklə Şərqi Zəngəzur - Naxçıvan nəqliyyat infrastrukturunun tikintisi, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi və digər birgə layihələrin icra vəziyyəti nəzərdən keçirilib.

Eyni zamanda Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, dənizin çirkləndirilməsinin və dayazlaşmasının qarşısının alınması, habelə Xəzər dənizi hövzəsində əməkdaşlıqla bağlı bir sıra digər məsələlər barədə müzakirələr aparıldı.

Son xəbərlər

Orphus sistemi