Əli Əsədov: Azərbaycan Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha ifadə edir

Əli Əsədov: Azərbaycan Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha ifadə edir Əhalisi ümumilikdə dünya müsəlmanlarının 60%-ni təşkil edən D-8 İslam həmrəyliyində mühüm rol oynayır.
Xarici siyasət
19 Dekabr , 2024 16:07
Əli Əsədov: Azərbaycan Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha ifadə edir

Əhalisi ümumilikdə dünya müsəlmanlarının 60 faizini təşkil edən D-8 İslam həmrəyliyində mühüm rol oynayır.

"Report” xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşündə çıxışı zamanı deyib.

Onun sözlərinəı görə, dünyada islamofobiya, ekstremizm və radikalizmin artdığı dövrdə, İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində təşkilatda səylərin birləşdirilməsi vacibdir.

"Azərbaycan tarix boyu Şərq ilə Qərb arasında körpü rolunu oynayıb və İslam dünyasının mədəni, dini və sivilizasiya mərkəzlərindən biri olub. Ölkəmiz multikulturalizm, tolerantlıq mühitinin formalaşmasına, mədəniyyətlərarası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib", - Baş nazir qeyd edib.

Ə.Əsədov Suriyada Əsəd rejiminin süqutundan sonra bu ölkədə sülhün və sabitliyin bərpa olunmasının və vətəndaş qarşıdurmasına son qoyulmasının vacib olduğunu diqqətə çatdırıb:

"Azərbaycan Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha ifadə edir. Ümidvarıq ki, bütün məsələlər Suriya xalqının iradəsinə uyğun şəkildə və ölkədaxili siyasi dialoq vasitəsilə həll olunacaqdır.

Azərbaycan Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasında öz dəstəyini əsirgəməyəcək. Bu istiqamətdə praktiki addımların atılması istiqamətində qardaş Türkiyə ilə yaxın təmasları davam etdiririk".

Son xəbərlər

Orphus sistemi