Əli Əhmədov Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq yeni sazişə münasibət bildirib

Əli Əhmədov Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq yeni sazişə münasibət bildirib Azərbaycan Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq edir və buna önəm verir.
Xarici siyasət
14 May , 2019 13:16
Əli Əhmədov Azərbaycanla  Avropa İttifaqı arasında imzalanacaq yeni sazişə münasibət bildirib
Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov / Report/ Firi Salim

"Azərbaycan Avropa İttifaqı ilə "Şərq Tərəfdaşlığı" çərçivəsində əməkdaşlıq edir və buna önəm verir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş Nazirin müavini Əli Əhmədov deyib.

Onun sözlərinə görə, Brüsseldə bir sıra məsələlər intensiv şəkildə müzakirə olunur: "Azərbaycan bütün beynəlxalq qurumlarla, o cümlədən Avropa İttifaqı ilə əməkdaşlıqda maraqlıdır. Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, Azərbaycanın maraqlarının qorunması üstünlük təşkil edəcək. Birmənalı şəkildə istənilən əməkdaşlıqda Azərbaycanın maraqları nəzərə alınacaq".

O qeyd edib ki, ayrı-ayrı təşkilatlarla, dövlətlərlə əməkdaşlıq edilməsində heç bir problem yoxdur: "Azərbaycanın Ermənistan istisna olunmaqla, digər ölkələrlə əməkdaşlıq etməklə bağlı hər hansı problemi yoxdur. Eyni ilə də Azərbaycanın mənafeyinə hörmətlə yanaşan istənilən beynəlxalq təşkilatlarla Azərbaycan əməkdaşlıq etməyə hazırdır".

Ə.Əhmədov bildirib ki, Avropa İttifaqı ilə imzalanacaq sazişlə bağlı işlər aparılır, müzakirələr gedir: "Hər iki tərəf sazişi ortaya qoyanda, saziş də imzalanacaq".

Son xəbərlər

Orphus sistemi