"
"Report" xəbər verir ki, bunu Baş Nazirin müavini
Onun sözlərinə görə, Azərbaycan hökuməti Fondla bir çox uğurlu birgə layihələr həyata keçirib və üzərinə düşən öhdəliklərini də yerinə yetirir. "Azərbaycan öz əhali resursları ilə fəxr edə bilər. Bütün təbəqələrdən olan insanların təhsil almaq hüququnu təmin etmək üçün layihələr həyata keçirilir, sağlam həyat tərzi gördüyümüz işlərdən biridir", - o bildirib.
Ə.Əhmədov həmçinin qeyd edib ki, Azərbaycanın xüsusi daxili siyasətini Dağlıq Qarabağdan 1 milyondan çox qaçqın və məcburi köçkünün olması faktı formalaşdırıb.
Öz növbəsində, BMT-nin Azərbaycandakı nümayəndəliyinin rezident əlaqələndiricisi Qulam İsakzai BMT-nin Əhali Fondunun Azərbaycandakı fəaliyyətinin əhəmiyyətini qeyd edərək, təşkilata göstərilən dəstək və köməyə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib.
Tədbirə qonaq qismində iştirak edən BMT-nin Əhali Fondunun Azərbaycan üzrə direktoru Karl Kulessa çıxış edərək rəhbərlik etdiyi Fondun 25 il öncə Misirin Qahirə şəhərində keçirilmiş Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransında (ICPD) qəbul edilmiş Fəaliyyət Proqramının əhəmiyyətindən danışıb. Bu ilin noyabr ayında Keniyanın paytaxtı Nayrobidə təşkil ediləcək “ICPD-25” sammiti haqqında məlumat verən K.Kulessa proqramın hədəflərinə nail olmaq məqsədilə qlobal və ölkə səviyyəsində bütün maraqlı tərəfləri daha sıx əməkdaşlığa çağırıb.
Daha sonra BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyi tərəfindən səmərəli və məhsuldar əməkdaşlığa görə fərqlənmiş tərəfdaşlarına xüsusi təşəkkür elan edilib, Fondun ölkədə həyata keçirdiyi fəaliyyətə dəstək nümayişi olaraq qarşıdan gələn Nayrobi “ICPD-25” sammitinin əsas hədəfləri altında imzalar qoyulub.
Qeyd edək ki, BMT-nin Əhali Fondu reproduktiv sağlamlıq və hüquqlar üzrə ixtisaslaşan aparıcı BMT agentliyidir. Azərbaycanda fəaliyyət göstərdiyi 25 il ərzində təşkilat əhalinin cinsi və reproduktiv sağlamlıq və hüquqların təmin edilməsi, ailə planlaşdırılması, gender zorakılığı və gender əsaslı cinsi ayrı-seçkiliyin aradan qaldırılması, qadınların səlahiyyətləndirilməsi, demoqrafik inkişaf və əhali sakinliyi, gənclərin iştirakçılığı və s. sahələr üzrə hökumət, özəl və ictimai sektordan olan tərəfdaşları ilə birgə əməkdaşlıq şəraitində müxtəlif uğurlu layihə və kampaniyalar həyata keçirib.
2019-cu il BMT-nin Əhali Fondunun tarixində bir sıra mühüm və əlamətdar hadisələrlə zəngindir. Belə ki, əsası 1969-cu ildə qoyulmuş Fondun bu il qlobal miqyasda fəaliyyətə başlamasından 50 il, Fondun təşəbbüsü ilə 1994-cü ildə Qahirədə keçirilmiş Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransdan isə 25 il keçir.