Ekspert: “Azərbaycan, Türkiyə və Pakistan strateji tərəfdaşlığı fəal şəkildə inkişaf etdirir”

Ekspert: “Azərbaycan, Türkiyə və Pakistan strateji tərəfdaşlığı fəal şəkildə inkişaf etdirir” “Azərbaycan, Türkiyə və Pakistan strateji tərəfdaşlığı fəal şəkildə inkişaf etdirir”.
Xarici siyasət
28 Noyabr , 2022 13:01
Ekspert: “Azərbaycan, Türkiyə və Pakistan strateji tərəfdaşlığı fəal şəkildə inkişaf etdirir”

“Azərbaycan, Türkiyə və Pakistan strateji tərəfdaşlığı fəal şəkildə inkişaf etdirir”.

Bunu “Report”a açıqlamasında beynəlxalq münasibətlər üzrə analitik Xalid Teymur Əkrəm deyib.

“Son iki ildə Azərbaycan, Türkiyə və Pakistan arasında strateji tərəfdaşlığın fəal inkişafını görürük. Bu ölkələr arasında əməkdaşlığın böyük tarixi var”, - o vurğulayıb.

Ekspert bu üç ölkənin təkcə ticarət və müdafiə sahəsində deyil, həm də turizm sahəsində əməkdaşlığı intensivləşdirəcəyinə əminliyini ifadə edib.

X.T.Əkrəm buna misal olaraq Bakı ilə Lahor və Kəraçi arasında birbaşa aviareysin açılmasını göstərib.

“Mən artıq üç dəfə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində olmuşam. İlk dəfə bu ərazilərə müharibə başa çatandan sonra səfər etmişəm. İndisə yerli və Türkiyə şirkətlərinin həyata keçirdiyi bərpa prosesinin şahidi oldum”, - pakistanlı ekspert bildirib.

“Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən strategiyasını qeyd etmək vacibdir. O, ölkəsi üçün çox işlər görür. Prezident İlham Əliyev Azərbaycan liderindən dünya liderinə çevrilir”, - X.T.Əkrəm söyləyib.

Son xəbərlər

Orphus sistemi