Ekspert: Azərbaycan Mərkəzi Asiya - Qərb əlaqələrinin möhkəmlənməsində əsas rol oynayır

Ekspert: Azərbaycan Mərkəzi Asiya - Qərb əlaqələrinin möhkəmlənməsində əsas rol oynayır Azərbaycanla Qırğızıstan arasında əlaqələr dinamik inkişaf edir, lakin onlara daha böyük təkan verilə bilər, çünki bu gün ticarət dövriyyəsinin həcmi ildə cəmi bir neçə milyon dollar təşkil edir.
Xarici siyasət
9 Aprel , 2024 17:30
Ekspert: Azərbaycan Mərkəzi Asiya - Qərb əlaqələrinin möhkəmlənməsində əsas rol oynayır

Azərbaycanla Qırğızıstan arasında əlaqələr dinamik inkişaf edir, lakin onlara daha böyük təkan verilə bilər, çünki bu gün ticarət dövriyyəsinin həcmi ildə cəmi bir neçə milyon dollar təşkil edir.

Bu barədə “Report”a açıqlamasında qırğızıstanlı iqtisadçı ekspert Marat Musuraliyev bildirib.

İqtisadçı qeyd edib ki, eyni zamanda, ikitərəfli ticarətin istifadə olunmamış potensialı faktiki olanı xeyli üstələyir.

Onun sözlərinə görə, Ukraynada hərbi əməliyyatların başlanmasından və Rusiyanın Qərb ölkələri ilə xarici ticarətinin tədricən azalmasından sonra Cənubi Qafqaz Mərkəzi Asiyanın Türkiyə və Avropa ölkələri ilə ticarəti üçün demək olar ki yeganə halqaya çevrilib: “Cənubi Qafqazdan malların tranziti perspektivli mövzudur. Burada bir neçə fərqli amil nəzərə alınmalıdır: xüsusən, Gürcüstandan Rusiyaya yolun genişləndirilməsi, bunun üçün yeni tunellər inşa edilir; Samur çayı üzərində Azərbaycan və Rusiya arasında keçid məntəqələrinin açılması/bağlanması; Xəzərin Ələt, Türkmənbaşı və Aktau/Kurık limanlarının ötürmə qabiliyyətinin nisbəti”.

Ekspert iki ölkə arasında əməkdaşlığın, xüsusilə enerji təchizatı sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə də toxunub: "Beş Xəzəryanı dövlətdən yalnız üçünün açıq dənizə çıxışı var. Əvvəllər bu dövlətlər İran və Rusiya idi, lakin Azərbaycan sonradan neft və qaz kəmərlərinin çəkilməsi sayəsində onlara qoşulub. Eyni zamanda, Xəzər dənizinin şərqində yerləşən Mərkəzi Asiya ölkələrinin belə üstünlüyü yoxdur. Amma, məsələn, Türkmənistan təsdiqlənmiş təbii qaz ehtiyatlarının həcminə görə dünyada dördüncü, Rusiya, İran və Qətərdən sonra ikinci yerdədir. Qazaxıstan isə yaxın illərdə neft hasilatının həcmini ildə 80 milyon tondan 135 milyon tona çatdırmaq niyyətindədir. Burada Azərbaycanın təkcə bu karbohidrogenlərin öz ərazisindən tranziti üçün deyil, həm də svop tədarükü üçün ciddi perspektivləri var".

Son xəbərlər

Orphus sistemi