Ekspert: "ABŞ Azərbaycan və Gürcüstana olan marağını itirməməlidir"

Ekspert: "ABŞ Azərbaycan və Gürcüstana olan marağını itirməməlidir" SSRİ-nin süqutundan sonrakı dövrdə Azərbaycan ilə Gürcüstan müasir dünyanın yeni imkanlarından, yeni həqiqətlərdən bəhrələnərək dünya xəritəsində öz yerlərini tapa biliblər.
Xarici siyasət
30 İyul , 2020 20:54
Ekspert: ABŞ Azərbaycan və Gürcüstana olan marağını itirməməlidir

SSRİ-nin süqutundan sonrakı dövrdə Azərbaycan ilə Gürcüstan müasir dünyanın yeni imkanlarından, yeni həqiqətlərdən bəhrələnərək dünya xəritəsində öz yerlərini tapa biliblər.

“Report” xəbər verir ki, bu barədə Vaşinqtondakı Xəzər Siyasət Mərkəzi (Caspian Policy Center) tərəfindən keçirilən “Beyin mərkəzlərinin forumu: ABŞ və Xəzər regionu” adlı videokonfransda Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun baş elmi işçisi, Gürcüstanın Böyük Britaniyadakı keçmiş səfiri Giorgi Badridze bildirib.

Ekspertin fikrincə, ABŞ-ın regiondakı siyasəti Avropanın enerji təhlükəsizliyini təmin etməyə, region ölkələrinin müstəqilliyini gücləndirməyə yönəlib: “Azərbaycan və Gürcüstanın müstəqilliyinin gücləndirilməsində, inkişafında Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi böyük rol oynayıb. Lakin Azərbaycan ilə Gürcüstanın körpü ölkələr kimi strateji əhəmiyyətini nəzərə alaraq ABŞ bu gün də onlara olan marağı itirməməlidir”.

Son xəbərlər

Orphus sistemi