Yuxarı

Əfqanıstanın keçmiş XİN başçısı Bakıya gələcək

Keçmiş nazir Azərbaycana eks-prezidentlə səfər edəcək

Bakı. 22 aprel. REPORT.AZ/ Əfqanıstanın sabiq xarici işlər naziri Rangin Dadfar Spanta Azərbaycana səfər edəcək.

Əfqanıstanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, diplomat Bakıda keçiriləcək Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Madrid Klubunun əməkdaşlığı çərçivəsində 27-29 aprel tarixlərində Bakıda keçiriləcək Üçüncü Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edəcək.

Qeyd edək ki, sabiq XİN başçısı Bakıda Əfqanıstanın keçmiş prezident Hamid Kərzaini müşaiyət edəcək

Rangin Dadfar Spanta 2006-2010-cu illərdə Əfqanıstan XİN-ə rəhbərlik edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi