Əfqanıstanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb

Əfqanıstanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb Bakı. 4 oktyabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstan səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Xarici siyasət
4 Oktyabr , 2018 18:30
Əfqanıstanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb

Bakı. 4 oktyabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstan səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Nazirlikdən "Report"a verilən məlumata görə, E.Məmmədyarov Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Mohammad Taqi Xalilinin diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında dostluq və əməkdaşlığın inkişafı naminə səylərini yüksək qiymətləndirib.

E.Məmmədyarov BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Nyu-Yorkda Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Səlahuddin Rəbbani ilə faydalı müzakirələr apardığını diqqətə çatdırıb. Təhlükəsizlik sahəsində Azərbaycanın Əfqanıstanla sıx əməkdaşlıq etdiyini qeyd edən nazir Bakı-Tbilisi-Qars dəmir-yol xəttinin nəqliyyat sahəsində Əfqanıstan üçün də yeni imkanlar açdığını qeyd edib.

Səfir Mohammad Taqi Xalili diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.

E.Məmmədyarov səfir Mohammad Taqi Xaliliyə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi