Əfqanıstan XİN başçısı: "Regionun iqtisadi inkişafına verdiyi töhfələrə görə Azərbaycana təşəkkür edirik"

Əfqanıstan XİN başçısı: "Regionun iqtisadi inkişafına verdiyi töhfələrə görə Azərbaycana təşəkkür edirik" "Asiyanın qəlbi" - İstanbul prosesi layihəsi çərçivəsində növbəti görüş gələn il Türkiyədə keçiriləcək
Xarici siyasət
1 Dekabr , 2017 10:13
Əfqanıstan XİN başçısı: Regionun iqtisadi inkişafına verdiyi töhfələrə görə Azərbaycana təşəkkür edirik
AFP

Bakı. 1 dekabr. REPORT.AZ/ "Əfqanıstan regionun iqtisadi inkişafına verdiyi töhfələrə görə Azərbaycana təşəkkür edir".

"Report" xəbər verir ki, bunu Əfqanıstanın xarici işlər naziri Salahuddin Rəbbani Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda 7-ci nazirlər konfransının açılış mərasimindəki çıxışında deyib.

Onun sözlərinə görə, "Asiyanın qəlbi" - İstanbul prosesi layihəsi çərçivəsində növbəti görüş gələn il Türkiyədə keçiriləcək.

"Asiyanın qəlbi" - İstanbul prosesi əməkdaşlıq üçün yaxşı platformadır. Əfqanıstanın inkişafı məsələsində hamımızın əldə etdiyi nəticələri alqışlayırıq. Bu platforma bütövlükdə regionun inkişafına, ekstremizm və terrorizmlə mübarizə aparmağa kömək edəcək və regiona sabitlik gətirəcək", - Əfqanıstan XİN başçısı bildirib.

Son xəbərlər

Orphus sistemi