Əfqanıstan prezidenti və XİN başçısı ilin sonunda Azərbaycana səfər edəcək

Əfqanıstan prezidenti və XİN başçısı ilin sonunda Azərbaycana səfər edəcək Dövlət başçısı və nazir "Asiyanın ürəyi - İstanbul prosesi" çərçivəsində iclasda iştirak edəcəklər
Xarici siyasət
24 Aprel , 2017 12:35
Əfqanıstan prezidenti və XİN başçısı ilin sonunda Azərbaycana səfər edəcək

Bakı. 24 aprel. REPORT.AZ/ Əfqanıstan prezidenti Əşrəf Qəni və bu ölkənin xarici işlər naziri Səlahəddin Rəbbani Azərbaycana səfər edəcək.

"Report" diplomatik mənbələrə istinadən xəbər verir ki, səfərin bu ilin dördüncü rübündə baş tutacağı gözlənilir.

Dövlət başçısı və nazir Əfqanıstanda sülh və inkişafın təmin edilməsi məsələləri ilə məşğul olan "Asiyanın ürəyi - İstanbul prosesi " çərçivəsində XİN başçılarının iclasında iştirak edəcəklər.

Səfərin dəqiq tarixi diplomatik kanallar vasitəsilə daha sonra müəyyən ediləcək.

Xatırladaq ki, martın 17-də Bakıda "Asiyanın ürəyi - İstanbul prosesi" prosesində iştirak edən ölkələrin yüksək səviyyəli rəsmilərinin iclası keçirilib. Azərbaycan tədbirə bu il prosesin həmsədri bir kimi ev sahibliyi edib.

Son xəbərlər

Orphus sistemi