Yuxarı

Əfqanıstanın dağ mədən və neft sənayesi nazirinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib

Bakıdakı görüşlərdə ikitərəfli əməkdaşlığın inkişafı yolları müzakirə olunacaq

Bakı. 8 aprel. REPORT.AZ/ Əfqanıstanın dağ-mədən və neft sənayesi naziri Daud Şah Səbanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.  

Əfqanıstanın Azərbaycandakı səfirliyindən "Report"a bildiriblər ki, Əfqanıstan Prezidentinin MDB dövlətləri üzrə xüsusi nümayəndəsi Məhəmməd Şaker Karqar da nümayəndə heyətinin tərkibinə daxildir. 

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin dəvəti ilə baş tutan səfər çərçivəsində əfqan qonaqların Azərbaycanın rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub. Həmin görüşlərdə ikitərəfli əməkdaşlığın inkişafı yolları müzakirə olunacaq.

Əfqanıstan nümayəndə heyətinin Azərbaycana səfəri aprelin 10-da başa çatacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi