Əflatun Amaşov Marneulidəki Azərbaycanlıların Mədəniyyət Mərkəzində olub

Əflatun Amaşov Marneulidəki Azərbaycanlıların Mədəniyyət Mərkəzində olub Milli Məclisin deputatı Gürcüstanda bir sıra görüşlər keçirib
Xarici siyasət
6 İyun , 2016 17:37
Əflatun Amaşov Marneulidəki Azərbaycanlıların Mədəniyyət Mərkəzində olub

Bakı. 6 iyun. REPORT.AZ/ Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Marneulidəki Azərbaycanlıların Mədəniyyət Mərkəzində olub.

Şuradan “Report”a verilən məlumata görə, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mətbuat Şurası ilə Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin birgə həyata keçirdikləri layihəyə əsasən nəzərdə tutulan kitabların az bir hissəsini Mərkəzə təqdim edib.

Sözügedən layihədə məqsəd Gürcüstandakı Azərbaycan məktəblərini və mədəni mərkəzlərini kitablarla, müxtəlif tədris vəsaitləri ilə təmin etməkdir.

Xatırladaq ki, Ə.Amaşov bundan əvvəl gürcüstanlı soydaşımız, jurnalist və şair mərhum Fikrət Mursaqulovun rus dilində çapdan çıxmış “Uteshenie” (Təsəlli) şeirlər kitabının təqdimat mərasiminə qatılıb.

Ə.Amaşov həmçinin Gürcüstanın Marneuli şəhərində azərbaycanlı ziyalılarla da görüşüb. Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Merab Topçişvili də qatıldığı tədbirdə qonşu ölkədə yaşayan azərbaycanlıların sosial-iqtisadi problemləri müzakirə olunub. 

Son xəbərlər

Orphus sistemi